Fələstin prezidenti Mahmud Abbas Vəfləəmdə erməni kilsəsinə baş çəkib.

ATV.az xəbər verir ki, Milad bayramı münasibətilə erməni katolikoslarla görüşən Abbas, erməniləri tərifləyib. O bildirib ki, Fələstində yaşayan ermənilər və xristianlar bu torpaqların duzudur. Mahmud Abbas məsləhət görüb ki, xristianlardan, xüsusən də ermənilərdən yaxa qurtarmağa çaılışanlar və öz ürəklərini yesinlər:

“Ermənilər həmişə Qüdsdə, Rəmallahda və Vəfləəmdə yaşayacaqlar. Kim istəyirsə ki, onlar buradan köçsün, qoy özləri buradan getsin.”

Mahmud Abbas Fələstin xalqının yoxsul vəziyyətini ermənilərin qondarma soyqırımdan sonrakı vəziyyəti ilə müqayisə edib və o, əlavə edib ki, Ermənistanın prezidenti Serj Sarkisyanı Fələstinə səfər etməyə çağırır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın