Xəbər verdiyimiz kimi, gecə saatlarında Ermənistan silahlı bölmələri humanitar atəşkəsə baxmayaraq, Gəncə şəhərini atəşə tutub. 

Atılan raketlərdən biri şəhərdəki yaşayış binasının üzərinə düşüb. Hadisə nəticəsində 5 mülki şəxs həlak olub, 28 nəfər yaralanıb. 

Hikmət Hacıyev: “Gəncəyə hücum soyqırım aktıdır”

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında ermənilərin Gəncəyə barbar hücumunu Xocalı soyqırımı ilə müqayisə edib.

“Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir. Bu, Azərbaycan xalqına qarşı Xocalı Soyqırımından bu yana şahidi olduğumuz bir soyqırım aktıdır”, – deyə o qeyd edib.

MN: Ermənistan yalan və dezinformasiya yayır

İşğal altında olan yaşayış məntəqələrinə guya Azərbaycan Ordusunun raket zərbələri endirməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır və dezinformasiyadır. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistandan fərqli olaraq Azərbaycan humanitar atəşkəs rejiminə tam əməl edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın