Litvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsi və Şuşa ilə bağlı danışıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, N.Paşinyan sözlərinə görə, müharibədən yayınmaq üçün torpaqları geri qaytarılmalı idi:

“Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Bunun yeganə şərti ərazilərin qaytarılması idi. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu, o biri iki rayon məsələsi başqadır. Əslində isə gərək heç bir şərtsiz 7 rayonu qaytaraydıq”.

Şuşa ilə bağlı da danışan Paşinyan bildirib ki, bu şəhər ermənilərin nəzarəti altında olarkən heç bir yaşayış binası tikilməyib:

“Bu gün əlehdarlar Şuşa haqqında danışırlar. Bəs, 30 il boyunca Şuşada neçə yaşayış binası tikililib? Cavab verirəm, heç bir. Pulları olmayıb? Nədir bunun səbəbi? Məncə, cavabı aydındır”.

Görüş iştirakçılarından birinin “Yəqin saxlaya biləcəklərinə əmin olmayıblar” replikasına “bunu siz dediniz, mən yox” cavabını verib.

Paşinyan: “Niyə Şuşada 30 ildə heç bir yaşayış evi tikilməyib?”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın