Ermənistanda hərbi vəziyyətin hüquqi rejimini təmin edən dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini (çıxışları, nəşrləri də daxil olmaqla) tənqid edən, təkzib edən, şübhə altına alan, ya da başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi və yayımlanması qadağan edilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Sputnik” Ermənistan məlumat yayıb.

Qeyd olunur ki, Ermənistanın müdafiə bacarığını və təhlükəsizliyini pozmağa yönəlmiş kampaniyalar da qəti qadağan edilir.

Qaydalara əməl olunmasına Ermənistan polisi nəzarət edəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın