Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyan ölkədə baş verənlərlə bağlı nəhayət, sükutu pozub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bununla bağlı erməni mediasına istinadən bildirir ki, eks-prezident Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Nikol Paşinyana “müharibə” elan etməsinə açıq şəkildə dəstək verib.

“Mən yüksək hərbi komandanlığın incikliyini tam anlayıram”, deyən eks-prezident ordunun siyasi proseslərə müdaxilə mövqeyindən çıxış etməsinin, onun səlahiyyətlərindən kənar fəaliyyətlə məşğul olmasının səbəbkarının hökumət olduğunu açıq şəkildə bildirib.

Levon Ter-Petrosyanın sözlərinə görə, ordunun hökumətə qarşı çıxması baş nazirin alçaldıcı məğlubiyyətə görə günahı orduya yükləmək istiqamətində ehtiyatsız cəhdindən qaynaqlanıb. Ter-Petrosyan eyni zamanda bir sıra güclərin onları konstitusiyaya qarşı davranışlar sərgilməyə vadar etdiyi halda, “hərbçilərin təmkinli davranışlarını alqışladığını” da söyləyib. Keçmiş prezident baş verənləri, həmçinin bir sıra siyasətçilərin məsuliyyətsiz ifadələrini “son dərəcədə təhlükəli” saydığını vurğulayıb.

Qeyd edək ki, 25 fevraldan etibarən Baş Qərargah N.Paşinyanın və hökumətin istefasını tələb edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın