Ermənistan hökuməti ölkənin baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçiriləcək görüşün fərqli format və müddətlərdə təşkili variantlarını müzakirə edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu TASS agentliyinə açıqlamasında Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan bəyan edib.

O, bu məsələylə bağlı konkret razılaşmanın əldə olunacağı təqdirdə əvvəlcədən ictimaiyyətə xəbər veriləcəyini bildirib.

Qeyd edək ki, bir müddət öncə qurum Paşinyanın dekabrın 15-də “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində Brüsseldə Azərbaycan dövlət başçısı ilə görüşməyə hazır olduğunu açıqlamışdı.

Yada salaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan tərəfinin hər zaman siyasi dialoqa açıq olduğunu və bu kimi təmasları müsbət qarşıladığını vurğulamışdı:

“Postmünaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyi dəfələrlə dövlət başçısı tərəfindən, o cümlədən beynəlxalq platformalarda səsləndirilib. Bu xüsusda Brüssel Zirvəsinin və bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab edirik”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın