Ermənistan rəsmi Ankara ilə münasibətlərin normallaşdırılmasında vasitəçi olması üçün Rusiyaya müraciət edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Ermənistanın rəsmi Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında vasitəçi olması üçün Rusiyaya müraciət etdiyini təsdiq edə bilərəm. Rusiya bunda maraqlıdır və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına səy göstərib.

Ölkəmiz bundan sonra da sözügedən məsələyə öz töhfəsini verməyə hazırdır. Bu prosesin başlanması şübhəsiz ki, regionda ümumi durumun sağlamlaşmasına, mehriban qonşuluq və etimad mühitinin yaranmasına öz töhfəsini verə bilər. İndi bu, aktualdır”, – Zaxarova deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın