Ermənistan ordusunun hərbi qulluqçusu Artyom Melkonyan döyüş mövqeyində öldürülüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, mayın 4-ü saat 20:00-da ölkənin cənubunda yerləşən hərbi hissələrdən birində 2002-ci il təvəllüdlü Artyom Melkonyan əsgər yoldaşının silahından vurulub. Sözügedən əsgərin silahla rəftar qaydalarını pozduğu üçün atəş açıldığı bildirilir.

Faktla bağlı araşdırma başladılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın