Ermənistan ordusu 04.10.2020-ci il, saat 10 radələrindən başlayaraq hərbi-siyası rəhbərliyin göstərişi ilə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərində mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutub.

Erməni silahlı birləşmələri döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alır. Bununla da düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozur.

Qeyd olunub ki, hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Gəncə şəhəri Ermənistan ərazisindən ağır artilleriya atəşinə məruz qalıb. Ermənistan ordusunun Gəncəni atəşə tutması nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb.

Oxu.Az-ın verdiyi məlumata görə, Gəncədə yaralanan mülki şəxslərdən biri 1943-cü il təvəllüdlü erməni Karina Qriqoryandır.

Karina Qriqoryan indi Gəncədə xəstəxanadadır.

Müdafiə Nazirliyi: “Ermənistan təbliğatı yalan danışır”

AR Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır.

Düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın