“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati (Reza Deghati) noyabrın 20-də erməni işğalından azad edilən Ağdam rayonunda ermənilər tərəfindən tövlə kimi istifadə edilən məscidin şəkillərini paylaşıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, R.Deqati Qiyasi kəndindəki 18-ci yüzilliyə aid məsciddən fotolarını öz Facebook və Instagram hesabında yerləşdirərək bu açıqlamanı yazıb:

“Mədəni, mənəvi və dini irsə qarşı vandalizm anlaşılmaz və qəbuledilməzdir. Müxtəlif münaqişələrdə bunun şahidi olmuşam. Son bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıdıldığını, evlərin yandırıldığını və məscidlərin tövləyə çevrildiyini gördüm.

Ağdam rayonunun Qiyasi kəndində 18-ci əsrə aid bu məscid otuz illik işğal zamanı ermənilər tərəfindən inək saxlamaq üçün istifadə edilib.

Azərbaycanlılar tərəfindən tapılanda isə nəcislə dolu idi. Bölgəni tərk etməzdən öncə işğalçı götürə bildiyini götürdü və məscidə od vurdu.
Yenidənqurma və bərpa çox vaxt aparacaq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın