Tanınmış erməni porno ulduz Kim Kardaşyan sosial şəbəkələrdə açıq-saçıq fotolarını yayıb.

ANS PRESS-in məlumatına görə, Kim Kardaşyan İnstaqram səhifəsində hamiləlik dövründən əvvəl çəkilmiş erotik fotolarını yayıb.

Aktrisa rəsmi saytında izləyicilərinə çılpaq fotoların çəkilməsindən məlumat verib. Onun sözlərinə görə, hamilə olduğu halda bir müddət lüt soyunaraq fotosessiya edə bilməyəcəyini düşünərək bu addımı atıb.

“Mən bilirdim ki, hamilə olacağam, onun üçün də bu fotosessiyaya razı oldum. Tədbirin əsas məqsədi – həzz almaq məqamı idi! Biz sərhalığa gəldik və tez çəkilişlərə başlayıb bitirdik. Kesler Tranın çəkdiyi şəkillər əla alınıb. Onunla birgə əməkdaşlıq çox xoşuma gəldi”

Kesler Tran xüsusi olaraq çılpaq qadınların şəkillərini çəkir. Onun rəsmləri kişi jurnallarında dərc olunur.

Hər fürsətdə soyunmağa çalışan model 8 aylıq hamiləlik dövründə də bu vərdişindən əl çəkməyib. Onun əynindəki geyimi tamamilə tükdən ibarət olub. Erməni vulqar ulduz hətta böyüyən qarnını belə örtməyi lazım bilməyib.

Kim Kardaşyan erməni əsilli ata ilə, şotland-holland əsilli ananın övladıdır. 157 sm boyu olan Kim böyük arxasının ana-təbiətdən gəldiyini və heç bir plastik əməliyyatla böyütmədiyini iddia edir. Qeyd edək ki, ABŞ-da Rusiyanın “Dom-2” layihəsi kimi bir layihədə açıq-saçıq flirtləri ilə məşhurlaşan Kim Kardaşyan verilişdən ayrıldıqdan sonra əri ilə açıq-saçıq intim videosunun yayılması ilə məşhurlaşıb. O, özəl videonu özünün yaymadığını desə də, məhz bu videodan sonra teleseriallara çağırılmağa başladı. Ermənilərin ABŞ-dakı siması kimi tanınmış ulduzun həyat yoldaşı məşhur reper Kanye West-dir.

2015-ci ilin aprelində Kim, həyat yoldaşı və bacısı Xloye ilə Ermənistana gəlişi çox böyük sevincə səbəb olmuşdu. Onları aeroportda Ermənistan Respublikasının rəsmiləri qarşılamışdı. Baş nazir Ovik Abramyan qondarma “erməni soyqırımının” beynəlxalq miqyasda tanıdılması yolundakı xidmətlərinə görə Kim Kardaşyana dərin minnətdarlığını bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın