Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə çalışıb.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, Dövlət Sərhəd Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının ərazisinə keçməsinin qarşısı alınmış və diversantlar geri çəkilməyə məcbur ediliblər.

“Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və uyğun işlərin aparılmasına qarşı yönəlmiş təxribat kimi dəyərləndirir. Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələri məlumatlandırılıb. Dövlət Sərhəd Xidməti bəyan edir ki, belə hal bir daha baş verərsə, tərəfimizdən daha ciddi tədbirlər görüləcəkdir”, – deyə məlumatda bildirilir.

MƏNBƏAzərbaycan Respublikası Dövlət Sərhəd XidmətiErmənistanın təxribat-diversiya qrupu Azərbaycan sərhədini keçməyə
Öncəki xəbərRusiyanın Qazaxıstan hədəfi: Şantaj, az qala hərbi müdaxilə ilə hədələmələr
Sonrakı xəbərAzərbaycan Bakıdakı bədii gimnastika üzrə Dünya Kubokunda qızıl medal qazanıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın