Dekabrın 1-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan hakim “Mənim addımım” fraksiyasının deputatları ilə qapalı görüş zamanı istefa məsələsini qaldırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı erməni mətbuatı yazır.

“Past” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, hadisə parlamentin toplantı salonunda baş verib və hökumət başçısı təhlükəsizlik işçilərinə də oranı tərk etmələrini deyib.

Toplantıda Paşinyan komandasına güvəndiyini və çətin bir mərhələni aşa biləcəklərinə əmin olduğunu vurğulayıb. Buna baxmayaraq, o, bir sıra deputatların “Mənim addımım” fraksiyasından getməsinə narazılığını bildirib. O bildirib ki, başqası onu tərk etmək istəsə, bunu birbaşa onun özünə desin.

Qəzetin məlumatına görə, ehtiyat variant olaraq erkən seçkilərin keçirilməsi məsələsi müzakirə olunub. Paşinyan komandanın vahid namizəd ətrafında bir fikir birliyinə gələcəyi təqdirdə istefaya hazır olduğunu, eyni zamanda, kimisə namizəd göstərmək istəmədiyini deyib.

Qeyd olunur ki, indi təxminən 20 millət vəkili hakim fraksiyadan çıxmaq istəyir.

Öncəki xəbərCeyhun Bayramov: 30 ildir davam edən silahlı münaqişəyə son qoyuldu
Sonrakı xəbərLavrov: Rusiya ATƏT ölkələrindən Qarabağla bağlı anlaşmalara böyük dəstək gözləyir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın