Litvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsi və Şuşa ilə bağlı danışıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, N.Paşinyan sözlərinə görə, müharibədən yayınmaq üçün torpaqları geri qaytarılmalı idi:

“Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Bunun yeganə şərti ərazilərin qaytarılması idi. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu, o biri iki rayon məsələsi başqadır. Əslində isə gərək heç bir şərtsiz 7 rayonu qaytaraydıq”.

Şuşa ilə bağlı da danışan Paşinyan bildirib ki, bu şəhər ermənilərin nəzarəti altında olarkən heç bir yaşayış binası tikilməyib:

“Bu gün əlehdarlar Şuşa haqqında danışırlar. Bəs, 30 il boyunca Şuşada neçə yaşayış binası tikililib? Cavab verirəm, heç bir. Pulları olmayıb? Nədir bunun səbəbi? Məncə, cavabı aydındır”.

Görüş iştirakçılarından birinin “Yəqin saxlaya biləcəklərinə əmin olmayıblar” replikasına “bunu siz dediniz, mən yox” cavabını verib.

Paşinyan: “Niyə Şuşada 30 ildə heç bir yaşayış evi tikilməyib?”
Öncəki xəbərMahir Emreli: İrlandiya və Serbiya ilə oyunların ən azı birində qol vuracağam
Sonrakı xəbərİran mollası Azərbaycanı və Türkiyəni hədələdi: Əfqanıstanın taleyini yaşayacaqlar
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın