Ermənistanın “Joxovurd” qəzeti ikinci Qarabağ müharibəsi ilə bağlı təxminən 1 500 cinayət işinin qaldırılması barədə yazı yayınlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, indi bu cinayət işləri ilə bağlı Ermənistanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsində araşdırmalar aparılır. Məlumata görə, cinayət işlərində 12 500-dən çox insanın adı keçir.

“Bundan başqa, cinayət işləri üzrə təxminən 180 hərbi qulluqçu saxlanılıb, 500-dən çox insan məsuliyyətə cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 12-si komandirdir. Onlar arasında yüksək vəzifəli 2 zabit də var”, – qəzet vurğulayıb.

“Joxovurd” qəzeti ikinci Qarabağ müharibəsində 3 300-dən çox hərbçinin öldüyünü, 9 000-dən insanın yaralandığını vurğulayıb.

Öncəki xəbərHülya Avşar yalnız olmasının səbəbini açıqladı: Mən sapioseksualam
Sonrakı xəbərAygün Kazımova: Həyatıma girən kişiləri böyük məhəbbətlə sevmişəm
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın