“İrəvan Türkiyə ilə ikitərəfli münasibətlərin normallaşdırılması imkanlarına dair daha məzmunlu müzakirələr gözləyir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

“İrəvan növbəti görüşdə Ankara ilə daha məzmunlu danışıqların olacağını gözləyir. Əgər gündəm kifayət qədər ciddi və məzmunlu olarsa, o zaman müxtəlif görüşlər, ya da onların keçirilməsi formatları haqqında düşünə bilərik. Ancaq məncə bu mövzu haqqında danışmaq tezdir”, – R.Rubinyan “Azadlıq” radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, rəsmi İrəvan substantiv danışıqların aparılmasında maraqlıdır: “Əsl problem, ilk növbədə, sərhədlərin açılmasıdır. İkincisi, diplomatik münasibətlərin qurulması. Biz mümkün olan hər şeyi edirik”.

Öncəki xəbərFIFA ötən ilin ən yaxşı futbolçularının adlarını açıqladı
Sonrakı xəbərForeign Affairs: Avropa qitəsində genişmiqyaslı silahlı münaqişə başlaya bilər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın