Ermənistan ordusunun hərbi bölmələrinin birində əsgər arasında atışma hadisə baş verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ermənistan Respublikası Müdafiə Nazirliyi xəbər yayıb.

Qurumdan verilən məlumata görə, əsgərlərin bir-birinə atəş açması nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb.

“Dekabrın 10-da saat 19:30 radələrində cənub istiqamətindəki hərbi bölmələrdən birində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, 19 yaşlı Senik Aşotoviç Arzumanyan xidmət yoldaşı tərəfindən odlu silahdan güllələnərək öldürülüb”, – Müdafiə Nazirliyi xəbər verib.

Bildirilir ki, daha iki hərbçi yaralanıb, onların həyatına heç bir təhlükə yoxdur. İndi faktla bağlı araşdırmalar başladılıb.

Öncəki xəbərAlek Boldvin və yaradıcı komanda “Pas” filminin çəkilişlərini davam etdirməyə çağırdı
Sonrakı xəbərAzərbaycan Xarici İşlər Nazirliyi Ermənistana xəbərdarlıq etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın