Ermənistanın Dərələyəz vilayətinin döyüş postlarından birində erməni hərbçi Movses Tadevosyan xidmət yoldaşı tərəfindən güllələnib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ermənistan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə dekabrın 31-də baş verib. Məlumata görə, səhər saat 10:50 radələrində döyüş postlarından birində 18 yaşlı sıravi Movses Aramaisoviç Tadevosyan başından güllə yarası almış halda tapılıb. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hərbçi xəstəxanaya aparılarkən yolda ölüb.

Əsgərin xidmət yoldaşı cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb. İndi faktla bağlı araşdırma aparılır.

Öncəki xəbərBeomni 1.0 robotu yemək bişirməyi, yük daşımağı və iynə vurmağı bacarır
Sonrakı xəbərİrem Derici: Sevgilim xəyanət etdi, ancaq yıxılmadım
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın