Ermənistan Respublikası Müdafiə Nazirliyi dünən Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən qarşıdurma nəticəsində itkilərinin sayını açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, nazirlik qarşıdurma nəticəsində Ermənistan ordusunda 1 döyüşçünün öldüyünü, 13 nəfərin əsir götürüldüyü və daha 24 hərbi qulluqçunun isə itkin düşdüyünü bildirib.

Qeyd edək ki, ötən gün Ermənistan-Azərbaycan sərhədində Ermənistan Ordusu təxribatlar törədib. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində qarşı tərəfin hərəkətinin məhdudlaşdırıldığı, onun qüvvə və vasitələrinə zərər vurulduğu və erməni hərbçiləri silahsızlaşdırılaraq saxlanıldığı, çox sayda müxtəlif çaplı silahın və külli miqdarda sursatın qənimət kimi ələ keçirildiyini bildirib.

Öncəki xəbərDöyüşlərdə Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər yaranıb
Sonrakı xəbərXarici İşlər Nazirliyi Ermənistanın revanşizm mövqeyini qətiyyətlə pisləyir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın