Erməni silahlı qüvvəlləri Ağdamda xidməti vəzifəsini yerinə yetirən “Bakcell” MMC-nin əməkdaşınına atəş açaraq yaralayıblar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, dekabrın 29-da saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilən “Yeddi xırman” adlanan ərazisində 1993-cü il doğumlu, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla “Bakcell” MMC-nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini yerinə yetirərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

İndi iş üzrə istintaq davam edir.

MƏNBƏAzərbaycan Respublikası Baş Prokurorluğu
Öncəki xəbərZamiq şəhid və qazi ailələrinə həsr olunmuş “Var ol” adlı xeyriyyə konserti verəcək
Sonrakı xəbərAzərbaycan musiqisinin beşiyi Şuşada qurulmuş muğam məclisləri
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın