Erməni tarixçi, ədəbiyyatşünas və bloger Filip Ekozyans öz YouTube kanalıFacebook səhifəsində erməni xalqına video müraciət ünvanlayaraq ermənilərin soyqrıma görə türkləri günahlandırmasını axmaqlıq adlandırıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ekozyans öz müraciətində, Ermənistanda bir liderin başqa bir lideri dəyişməsinin heç də gözəl bir iş olmadığını vurğulayıb.

Onun sözlərinə görə, “Marmot günü” filmində olduğu kimi, ölkədə heç nə dəyişməyəcək, hər şey yenidən təkrarlanacaq.

Tarixçi əmin edir ki, Ermənistanın çiçəklənməsi üçün tək yol, Türkiyə və Azərbaycanla qardaş münasibətlərin bərpa olunmasıdır.

“Ermənistanda problemlər nə inqilab, nə də əks-inqilab yolu ilə həllini tapa bilməz, tezliklə ermənilər bunun şahidi olacaq.

Dəyişən yalnız adlar olacaq, buna görə də sonra erməni xalqı məyusluğa qapılacaq. Xaricə köçə bilməyən, qapalı yerdə, qəfəsdə saxlanılan ermənilər, hakimiyyətə kimin gələcəyindən asılı olmayaraq elə bu qəfəsin içində qalacaq.

Heç zaman ermənilərin olmadığı torpaqları tələb etməyə son qoymaq gərəkdir. Bizim buna heç bir haqqımız yoxdur, nə hüquqi, nə də ki, əxlaqi. Həmçinin türklərin cinayətkar və zülmkar olduğunu bütün dünyaya car çəkməyə son qoymaq lazımdır.

1915-ci ildə baş vermiş olayları soyqırım adlandırmaq olmaz. Türk xalqını bunda günahlandırmaq sadəcə axmaqlıqdır”.

Что делать армянам. /Филипп Экозьянц/

“Mən bütün ailəsini itirmiş bir erməninin nəvəsiyəm. O, həyatında heç zaman demədi ki, türklər bizim düşmənimizdir. Çünki o, bilirdi ki, bu yalandır. Türklər bizim düşmənimiz deyildilər. Heç vaxt.”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın