Fransa prezidenti Emmanuel Makron ilk dəfə olaraq Ruandadakı soyqırıma görə Fransanın məsuliyyət daşıdığını etiraf edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, E.Makron Ruanda xalqından buna görə üzr istəyib.

“Fransa öz rolunu oynayıb və Ruandadakı olaylara görə siyasi məsuliyyət daşıyır… Fransa regional qarşıdurmanın, ya da vətəndaş müharibəsinin qarşısını almağa çalışarkən, əslində soyqırımı rejiminin tərəfində durduğunu başa düşmürdü”, – Fransa prezidenti deyib.

Qeyd edək ki, Ruandada 1994-cü ilin aprelindən iyununadək hutu etnosundan olan ekstremistlər tutsi etnosunun üzvlərinə qarşı soyqırımı törədiblər. Qırğın nəticəsində böyük əksəriyyəti tutsilər olmaqla təxminən 800 min adam öldürülüb.

Fransa aprelin 7-də Ruanda soyqırımı ilə bağlı olan arxivləri açıb. Martın 26-da soyqırımını araşdıran tədqiqat qrupu öz hesabatını Makrona təqdim edib. Bu mövzunu iki il araşdırmış komissiya Fransanın Ruandadakı soyqırımının hazırlanmasına göz yumduğu nəticəsinə gəlib.

Öncəki xəbərAzərbaycanın Kəlbəcər rayonunda minalama işləri aparan 6 erməni əsgər ələ keçdi
Sonrakı xəbərİlham Əliyev Türkiyənin milli təhsil nazirini Ziya Selçuku qəbul edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın