Fransa Prezidenti Emmanuel Makron müsəlmanların karikatura qalmaqalı ilə bağlı keçirdiyi duyğuları başa düşdüyünü bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı RIA Novosti agentliyi məlumat yayıb.

“Mən Məhəmməd Peyğəmbərin karikaturalarının nəşri ilə bağlı müsəlmanların duyğularını başa düşürəm, ancaq onların yayımlanmasının arxasında hökumət durmayıb, bu məsələlər hökumətlə bağlılığı olmayan azad və müstəqil mediadan qaynaqlanır”, deyə Emmanuel Makron “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində danışıb.

E.Makron həmçinin əlavə edib ki, onun sözlərinin mənası təhrif olunur və o, karikaturaların yayımlanmasının tərəfdarı deyil.

Öncəki xəbərAzərbaycan QHT-lərinin Ermənistanın qadağan olunmuş silahlardan istifadəsi ilə bağlı Bəyanatı
Sonrakı xəbərŞəhriyar Məmmədyarov FIDE reytinq sıralamasında bir pillə gerilədi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın