Rusiyanın “MUZ-TV” telekanalında tanınmış estrada mahnılarının mükafatlandırma mərasimi keçirilib. Azərbaycanlı məşhur Emin Ağalarov müsabiqə nominantları arasında olub. 2015-ci ildə “Начистоту” albomu ilə “İlin ən yaxşı albomu” ödülünü alan müğənni bu dəfə 3 naminasiya üzrə mübarizə aparıb:
İlin ən yaxşı albomu («8 В Падении»)
Ən yaxşı əcnəbi mahnı («Boomerang»)
Ən yaxşı kişi videosu («Забыть Тебя»)
YALAN.info-nun Eminin saytına istinadən verdiyi məlumata görə, müğənniyə “Ən yaxşı əcnəbi mahnı” nominasiyasında mükafat təqdim olunub. Eminin ifa etdiyi “Boomerang” mahnısı qalib olub.

Emin “Boomerang” sinqlını amerikalı musiqiçi Nayl Rocers ilə ifa edib. Ötən ilin payızında klipi hazır olan mahnı YouTubeda 5 milyon dəfədən çox izlənib. Mahnı uzun müddət ABŞ və İngiltərə musiqi çartlarında ən yaxşı onluqda qala bilib.
Emin “Boomerang” feat. Nile Rodgers Official Music Video
MUZ-TV telekanalının təşkil etdiyi müsabiqənin mükafatçıları arasında Rusiyanın məşhur simaları – reper Timati, Serebro qrupu və başqa ifaçılar olub.
Tanınmış müğənnii və iş adamı Emin Ağalarov bir neçə gün öncə Bakıda çəkdiyi yeni klipini təqdim edib. Bəstəkar və ifaçı paytaxtın rəmzi yerlərindən biri hesab olunan İçərişəhərdə və Xəzər dənizinin sahilində “Ryadom Prosnutsya” (Yanında oyanmaq) adlı mahnısına klip çəkib.