Azərbaycanlı iş adamı və müğənni Emin Ağalarovun sözlərinə görə, o, klipində çəkilişə görə Donald Trampa (Domald Trump) heç bir pul ödəməyib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Qazaxıstanın “Informburo” dərgisinə qaynaqlanaraq bildirir ki, bununla bağlı musiqiçi və biznesmen Emin Ağalarov ABŞ prezidenti Donald Trampın da rol aldığı “In Another life” (“Başqa həyatda”) klipinin çəkilişləri ilə bağlı sualı cavablandırarkən deyib.

“Mən ondan 10 dəqiqə vaxt xahiş etdim. Çəkilişlər onun hotelində gedirdi. Buna görə Tramp razı oldu. Bəxtim gətirdi”, – Emin Ağalarov deyib.

Yada salaq ki, 2013-cü ildə müəlliflik hüquqları Donald Trampın olan Dünya Gözəllik yarışması (Miss Universe 2013) Moskva yaxınlığındakı Krasnoqorsk şəhərində baş tutmuşdu. Yarışmanın keçirildiyi yer kimi isə Emin Ağalaraovun atası Araz Ağalarova məxsus “Crocus City Hall” seçilmişdi.

Gözəllik yarışmasının keçirilməsində təşkilati dəstək göstərməklə yanaşı, Emin Ağalarov öz “In Another Life” (“Başqa həyatda”) klipinin çəkilişlərində yarışmaya qatılmış dünya gözəllərini və hətta milyarder Donald Trampın şəxsən iştirakını təmin edə bilmişdi.

“In Another Life” mahnısının klipində ssenariyə uyğun olaraq şirkətin iclasında xəyallar aləminə dalmış əməkdaş (müğənni Emin) özünü dünya gözəllərinin çevrəsində təsvir edilir.

Klipin sonunda isə xəyallar aləmindən ayılan Emin iclasda olduğunu anlayır və məhz bu məqamda Amerika prezidentliyinə namizəd Donald Tramp danışmağa başlayır. Ssenariyə görə,  şirkətin prezidenti olan Tramp “Emin ayıl, sənə nə olub?!” deyə onun iclas vaxtı fikrinin başqa yerdə olmasına acıqlanır və öz məşhur “Sən qovuldun!” (“You are fired!”) sözlərini işlədərək, müğənnini “cəzalandırır”.

Klip də bu yerdə sona çatır. “In Another Life” mahnısının klipini sizə təqdim edirik. Donald Trampı 3:31 dəqiqədən izləyə bilərsiniz.


Emin – In Another Life

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın