İtaliyanın “Edison” və İspaniyanın “Gas Natural Fenosa” şirkətləri Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci addımı çərçivəsində çıxarılan qazın alışı ilə bağlı anlaşmaya qol çəkiblər.

YALAN.info Online Xəbər və İnformasiya Saytının Trenddən aldığı məlumata görə, anlaşma üzrə ildə bir milyard kubmetr qaz alışıyla bağlı müqavilə Edison şirkətinə keçir.

Anlaşmanın toplam dəyəri 30 milyon avrodur. Bu məbləğdən 10 milyon avro ilkin ödəniş olacaq, qalan hissə isə İtaliyaya Transadriatik Qaz Kəməri (TAP) ilə ilk tədarükdən sonra, 2021-ci ildən başlayaraq ödəniləcək.

Bundan başqa, anlaşmaya görə, “Edison” “Gas Natural Fenosa”-nın “Gas Natural Vendita” şirkətini də əldə edəcək. Bu anlaşmanın dəyəri 192,8 milyon avrodur.

Yada salaq ki, 2013-cü ildə “Gas Natural Fenosa”, “Shell”, “Bulgargaz”, DEPA , EON, “Gaz de France”, “Hera”, “Enel” və “Axpo” şirkətləri ilə “Şahdəniz”in işlənməsinin ikinci mərhələsi çərçivəsində 25 il müddətinə, ildə 10 milyard kubmetr qaz alışı ilə bağlı anlaşmaya imzalanıb.

Müqaviləyə əsasən, “Gas Natural Fenosa” 25 il ərzində bir milyard kubmetr qaz almalı idi.

Onu da vurğulayaq ki, “Şahdəniz-2” layihəsinin icrası çərçivəsində illik qaz çıxarılmasının həcmi 9 milyarddan 25 milyard kubmetrə qədər artırılacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın