Bu ilin sonunadək dünyada internet istifadəçilərinin sayı 5,3 milyard nəfər, ya da dünya əhalisinin üçdə ikisini təşkil edəcək.

YALAN.info bildirir ki, bu məlumatlar Beynəlxalq Telekommunikasiya Birliyinin (BTB) “2022-ci ildə genişzolaqlı internetin durumu” adlı hesabatında əks olunub.

“2019-cu ildə dünya əhalisinin 54 %-i internetdən istifadə edib, 2022-ci ildə bu rəqəmin 66 %-ə çatacağı gözlənilir ki, bu da 5,3 milyard insan deməkdir”, – sənəddə bildirilib.

Məlumata görə, rəqəmsal xidmətlərdən istifadə edənlərin sayındakı artım əsasən COVID-19 pandemiyası ilə bağlı olub, genişzolaqlı infrastruktura qoşulma iş, təhsil, əsas xidmətlərə çıxış və əlaqə saxlamaq üçün həyati zərurətə çevrilib. Məlumata görə, pandemiyanın ilk ilində – 2020-ci ildə internet istifadəçilərinin sayı 10 % artıb ki, bu da son on ildə ən böyük artım olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın