Dünya mediası italyan model Byanka Balti (Byanca Balti) ilə bağlı geniş yazılar yayımlamağa başlayıb. Onlar yazdığına görə, model gözəlliyi ilə Monika Belluçini kölgədə qoyur.

Byanka 25 may 1984-cü il Lombardiyada dünyaya gəlib. Onun atası italyan, anası isə azərbaycanlıdır.

O, uşaqlıqdan model agentliklərinə baş vurub, müxtəlif kastinqlərdə iştirak edib. İlk zamanlarda bir neçə regional jurnalın üz qabığına çəkilən Byankaya daha sonra “Vogue”, “Harper’s Bazaar”, “Marie Claire”, “Jalouse”, “Cosmopolitan”, “Elle” və “PlayBoy” kimi jurnallardan da təklif gəlib.

2004-cü ildən sonra populyarlıq qazanan Balti daha sonra tanınmış brendlərdən reklam təklifləri alıb. Bunların sırasında “Roberto Cavalli”, “Christian Dior”, “Dolce & Gabbana”, “Valentino”, “DKNY”, “Armani Jeans” kimi brendlər var.

2005-ci ildən Byanka Balti “Victoria’s Secret” modelləri ilə eyni səhnəyə çıxmağa başlayıb. 2006-cı ildə o, reklam çarxına, 2007-ci ildə isə “Striptiz klubdakı nağıllar” adlı bədii filmə çəkilib.

Müxtəlif dəb nümayişlərində iştirak edən model məşhur fotoqraf Kristian Luçidiyə ərə gedib. Onların bu evlilikdən Matilda adlı qızı dünyaya gəlib. Ancaq cütlük 2009-cu ildə boşanıb.

Tanınmış Azərbaycan Əsilli Model Byanka Balti

Tanınmış Azərbaycan Əsilli Model Byanka Balti Azərbaycan Əsilli Model Byanka Balti (Byanca Balti)

Öncəki xəbərAysel Məmmədovanın Eurovision 2018 Klipi Yayımlandı: X My Heart
Sonrakı xəbərESC-20018 Azərbaycan Təmsilçisi Aysel Məmmədova ilə Müsahibə
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın