Dünya Taekvondo 2013-cü ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putinə verilmiş fəxri 9-cu dan qara kəməri geri götürüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Dünya Taekvondo (World Taekwondo) federasiyasının rəsmi saytı xəbər verib.

“Barış qələbədən daha dəyərlidir” (Peace is More Precious than Triumph) kimi düşünən Dünya Taekvondo, Ukraynada günahsız insanların həyatına edilən vəhşi hücumları qəti şəkildə pisləyir. “Dünya Taekvondo Ukrayna xalqının yanındadır və biz bu müharibənin sülh yolu ilə və dərhal başa çatmasına ümid edirik”, – federasiyanın bəyanatında deyilir.

Eyni zamanda bildirilib ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə həmrəylik çərçivəsində Federasiyanın təşkilatçılığı ilə keçirilən tədbirlərdə Rusiya və Belarusun dövlət bayraqları və himnlərindən istifadə edilməyəcək. Bundan başqa, bu dövlətlərin ərazisində beynəlxalq yarışlar keçirilməyəcək.

Öncəki xəbərXİN: Sumqayıt hadisələri Azərbaycana qarşı öncədən düşünülmüş və planlaşdırılmış təxribat idi
Sonrakı xəbərRusiyanın tanınmış voleybolçusu Ukraynaya hərbi müdaxiləni pisləyib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın