Cənubi Afrika Respublikasında koronavirusun (COVID-19) yeni B.1.1.529 ştammının aşkar edilməsindən sonra Avropa, Amerika və Asiyada bir çox ölkələr sərhədlərdə məhdudiyyətlərlə bağlı qərar qəbul edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, alimlərin fikrincə, sözügedən ştamm indiki peyvəndlərə qarşı dayanıqlı ola bilər. Bu isə Avropa və Asiyada yeni dalğa təhlükəsinə səbəb ola bilər.

Artıq Böyük Britaniya Cənubi Afrika ölkələrindən uçuşları məhdudlaşdırır. Sözügedən regiondan ölkəyə qayıdan britaniyalılar isə karantin müddətini keçməli olacaqlar. Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen də AB-nin də CAR və ona qonşu ölkələrlə uçuşları dayandırmaq niyyətində olduğunu açıqlayıb. Hindistan hökuməti isə regionlar üçün CAR-dan və Cənubi Afrikanın başqa ölkələrindən gələnlərin yoxlanılması ilə bağlı tövsiyə verib.

Bununla yanaşı, Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, Kanada, İsveçrə, Misir, ABŞ, Almaniya, İsrail, Sinqapur, Bəhreyn, İtaliya, Mərakeş, Fransa, Çexiya, Avstriya, Malayziya kimi çoxsaylı dövlətlər də Afrika, özəlliklə də CAR-dan bu ölkələrə uçuşlara məhdudiyyətlər tətbiq edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın