Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç dünən Kəlbəcərdə baş vermiş mina faciəsinə münasibət bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Dunya Miyatoviç bununla bağlı öz “Twitter” hesabında yazıb.

Avropalı siyasətçi təcili şəkildə münaqişənin təsirinə məruz qalmış torpaqların minalardan təmizlənməsinə ehtiyacın olduğunu bildirib.

“Kəlbəcərdə ikisi media nümayəndəsi olmaqla üç nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən mina partlayışı Qarabağda münaqişənin təsirinə məruz qalmış ərazilərin beynəlxalq əməkdaşlıq vasitəsilə minalardan təmizlənməsinə təcili ehtiyac olduğunu göstərir”, – deyə Dunya Miyatoviç qeyd edib.

Bir daha yada salaq ki, bu gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev tank əleyhinə minaya düşərək həlak olub, 4 nəfər isə yaralanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın