Dünya Bankı müxtəlif ölkələrdə biznesin vəziyyəti və şərtləri ilə bağlı “Doing Business” hesabatını verməyi dayandıracaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Dünya Bankının saytında yayınlanmış məlumatda deyilir. Bankın iş və investisiya mühitinin dəyərləndirilməsi üçün yeni bir yanaşma üzərində işləyəcəyi vurğulanır.

“Doing Business” reytinqinin ləğvi bir sıra ölkələrin iqtisadi göstərici ilə bağlı yanlışlığa yol verməsi ilə əlaqələndirilir. Həmin ölkələrdən biri də Azərbaycandır.

Belə ki, Dünya Bankının Daxili Audit strukturları 2020-ci il üzrə tərtib olunan reytinqdə 34-cü pillədə yerləşdirdiyi Azərbaycanla bağlı məlumatlarda təhrifə və qeyri-dəqiqliyə yol verildiyini aydınlaşdırıb.

Uyğun araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanla bağlı 3 istiqamətdə aparılmış islahatlar (“elektrik təchizatı şəbəkələrinə qoşulma”, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə) “Doing Business 2020” hesabatında gərəyincə dəyərləndirilməyib və daha az bal verilib. 

Müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7-dən 78,5-ə qədər artırılıb. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib.

Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi dəyərləndirilib.

Paralel olaraq, araşdırmalar 2018-ci ildə Çinin, 2020-ci ildə isə Səudiyyə Ərəbistanının reytinqdə yer alan iqtisadi göstəricilərinin məqsədli şəkildə artırıldığını müəyyən edib.

Dünya Bankının “Doing Business” reytinqi son 17 ildə biznes sahəsində ən nüfuzlu reytinq sayılırdı.

Ötən ilin yayında Dünya Bankı məlumatların işlənməsinin düzgünlüyünü yoxlamaq üçün illik “Doing Business” hesabatını yayımlamağı dayandırdığını açıqlayıb.

Öncəki xəbərBazellə heç-heçə bitən oyundan sonra Qurban Qurbanov: Bu gün çatışmayan bir qol idi
Sonrakı xəbərNikol Paşinyan İbrahim Rəisi ilə Gorus-Qafan yolunu müzakirə etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın