“Qarabağ Azərbaycandır, əmanətdir, əcdadın yadigarıdır!”

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçalı parlamentarilər qarşısında çıxış edərkən belə deyib.

O, Azərbaycanın haqlı mübarizəsində günbəgün nəticə aldığını deyərək, Dağlıq Qarabağın işğal zəncirindən sürətlə azad olduğunu vurğulayıb.

MHP lideri çıxışı zamanı həmçinin, Ermənistanı terror dövləti adlandıraraq, onlar mülki vətəndaşlara kaset bombaları ilə hücum edərək qansız və qatil olduqlarını bir daha göstərdiklərini vurğulayıb.

“Ancaq nə etsələr boşunadır. Azərbaycan Ordusu terrorçuları qaçdıqları yerə qədər qovacaq. Azərbaycan Ordusu bütün cəbhə xəttində qəhrəmanlıq dastanı ilə zəfərə doğru gedir”, – deyə MHP lideri bildirib.

O həmçinin, Paşinyanın sonunun yaxınlaşdığını və aqibətinin də terrorçu yoldaşları ilə birlikdə eyni qaranlıq dəhlizdə olduğunu vurğulayıb.

Öncəki xəbərMövlud Çavuşoğlu: İki vətəndaşımız Vyanada terrorçulara müdaxilə edib
Sonrakı xəbərAlman ekspert ermənilərə üz tutdu: Siz Azərbaycanın torpağında vuruşursunuz
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın