ABŞ Prezidenti Donald Tramp (Donald Trump) bir sıra ştatlarda səslərin yenidən sayılması üçün mübarizəni uzatmaq məqsədilə mitinqlər keçirməyi planlaşdırır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ABŞ liderinin müşavirlərinin dediyinə görə, Trampın qərargahı Corciya, Arizona və Pensilvaniya əyalətlərində yenidən sayma komandalarının yaradıldığını elan edəcək.

Mitinqlərdə Tramp səs verdiyi iddia edilən, ancaq səsvermə vaxtı artıq öldüyü bildirilən seçicilərin ölüm sertifikatlarını göstərməyi planlaşdırır.

Mediada yer alan məlumatlara görə, demokrat Co Bayden ABŞ-da noyabrın 3-də prezident seçkilərində qalib gəlib və özünü artıq qalib elan edib.

Respublikaçı Prezident Donald Tramp məğlubiyyətini hələ etiraf etməyib, vəkilləri səslərin sayılmasının dayandırılması və iddia edilən pozuntuların araşdırılması tələbi ilə müxtəlif əyalət məhkəmələrində iddia qaldırırlar.

Donald Tramp Nevadadakı səsvermə ilə bağlı “şokedici” məlumatlar paylaşacaq

ABŞ Prezidenti Donald Tramp Nevada ştatında səsvermə ilə bağlı “şokedici” məlumatları paylaşacağını açıqlayıb. O bunu öz “Twitter” hesabında yazıb.

“Nevada saxta səslərin ocağı olub. Mett Şlapp və Adam Pol Laksalt açıqlananda şoka salacaq məlumatları toplayırlar”, – deyə D.Tramp bildirib.

Tramp: “Seçki nəticələri uğrunda mübarizədə böyük irəliləyişə nail olduq”

ABŞ Prezidenti Donald Tramp prezident seçkilərinin nəticələri uğrunda mübarizənin böyük irəliləyiş olduğunu açıqlayıb. O bunu dünən öz “Twitter” hesabında yazıb.

“Biz böyük irəliləyişə nail oluruq! Nəticələr növbəti həftə ortaya çıxacaq. ABŞ-ı yenidən nəhəngə çevirəcəyik!”, – deyə D.Tramp yazıb.

D.Tramp növbəti seçkilərdə iştirak etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp öz müşavirləri ilə birlikdə 2024-cü ildə prezident seçkilərində namizədliyi planlarını müzakirə edib. Bununla bağlı “Axios” dərgisi yazıb.

Dərgi vurğulayır ki, bu informasiya Tampın mübarizəni sona qədər davam etdirmək, məhkəməyə müraciət etməklə bağlı fikirlərinə baxmayaraq, uduzduğunu anladığını göstərir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın