“Üç il ərzində Amerika Birləşmiş Ştatları adlı bir ölkə qalmayacaq”.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp (Donald Trump) “Newsmax” telekanalına müsahibəsində deyib.
“İndi ABŞ öncə heç vaxt olmadığı qədər öz yolundan çıxıb”, – o vurğulayıb.
2024-cü ildə keçiriləcək seçkilərdə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı sualı cavablandıran D.Tramp deyib: “2022 və 2024-cü illərdə keçiriləcək seçkilərə gedəndə ölkədən əlimizdə heç nə qalmayacaq”.
Keçmiş dövlət başçısı ABŞ-ın indiki Prezidenti Cozef Baydeni tənqid edib. O, Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra baş verənlərə və Meksika sərhədindəki hadisələrə diqqət çəkərək söyləyib: “Bütün dünyada gülüş qaynağına çevirilmişik”.