Rusiyanın “Roskosmos” dövlət korporasiyasının rəhbəri Dmitri Roqozin amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Maskı hədələyib.

YALAN.info bildirir ki, Roqozin bununla bağlı özünün Telegram kanalında yazıb.

Roqozin dünyanın ən varlı adamına “Ukraynanı peyk interneti ilə təmin etdiyinə görə cavab verməli olacaq” şəklində xəbərdarlıq edib.

“Ukrayna ordusunun 36-cı dəniz piyadaları briqadasının əsir götürülmüş polkovniki Dmitri Kormyankovun sözlərinə görə, İlon Maskın “Starlink” peyk şirkətinin yerüstü abonent qurğuları Mariupoldakı döyüşçülərə hərbi helikopterlərlə çatdırılıb. Çatdırılma Pentaqon vasitəsilə baş tutub. İlon, bunun üçün cavab verməli olacaqsan”, – Roqozin bildirib.

Yada salaq ki, amerikalı milyarder “Starlink” peykləri vasitəsilə Ukraynanı pulsuz internetlə təmin edir.

Öncəki xəbərUkrayna ilə 1 günlük müharibə Rusiyaya neçəyə başa gəlir?
Sonrakı xəbərSuriya Prezidenti Bəşər Əsəd İrana səfər etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın