“Kreml bir sıra KİV rəhbərlərinin və Rusiyadan olan deputatların Ermənistana girişinə qoyulan qadağaya mənfi münasibət bəsləyir”.

YALAN.info bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bəyan edib.

O, bildirib ki, Ermənistan Rusiyanın dostu və müttəfiqidir. “Açığı, biz buna mənfi münasibət bəsləyirik… İkitərəfli münasibətlərin səviyyəsi və xarakteri bizi münasibətlərimizi belə hallardan qorumağa məcbur edir”, – deyə o əlavə edib.

Peskov Moskva ilə İrəvan arasında yaxın gələcəkdə belə halların təkrarlanmayacağına ümid etdiyini vurğulayıb.

Öncəki xəbər“Qarabağ” FK Dünyanın ən güclü klubları sıralamasında 62-cidir
Sonrakı xəbərTürkiyədə baş verən zəlzələdə həyatını itirənlərin sayı 47 mindən çoxdur
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın