Rusiya Dağlıq Qarabağ münaqişəsi zamanı əsgərlərini bölgəyə göndərmə haqqına sahib deyildi.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “RIA Novosti”nin məlumatına görə, bununla bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Onun sözlərinə görə, Moskva sülhməramlı göndərmə hüququnu yalnız münaqişə tərəflərinin razılığından sonra aldı.

“Sadəcə qoşun göndərmək, özü də hara? Qarabağa? Beynəlxalq hüquqa görə Rusiyanın belə bir haqqı yox idi”, – deyə o, əlavə edib.

Peskov, Rusiyanın BMT Təhlükəsizlik Şurasının bütün uyğun qətnamələrinə sadiq bir ölkə olaraq qaldığını vurğulayıb.

D.Peskov Qarabağ danışıqları ilə bağlı: İmzalanma ərəfəsi çox gərgin keçdi

Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli rolu olub.

RT xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dimitri Peskov deyib. “İmzalanma ərəfəsi çox gərgin, bəzən, demək olar ki, gecə-gündüz işləməklə keçdi – bu, Prezident Putinin əməyi idi”, – Kremlin sozçüsü bildirib.

Onun sözlərinə görə, Rusiya lideri bütün vaxtı telefonla danışıb, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparıb: “Bir daha təkrar edirəm, bu, bir gündən çox davam edib”.

Peskov: Ermənistana dəstək olmayan Rusiyanı xəyanətdə günahlandırmaq tamamilə əsassızdır

Dağlıq Qarabağdakı münaqişənin həllində Ermənistana dəstək olmadığı iddiası ilə Rusiyaya xəyanət qınağı tamamilə əsassızdır.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RT telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Moskva həm Azərbaycan prezidenti İlham Əliyevi, həm də Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyanın dostu sayır. O, Rusiyanın İrəvan və Bakı ilə münasibətlərə dəyər verdiyini bildirib.

Peskov Ermənistanla Avrasiya İqtisadi Qrupunda, KTMT-də bir yerdə olduqlarını, xalqlar arasında uzunmüddətli dostluq əlaqələrinin olduğundan danışıb.

“Azərbaycanlılarla da eynilə belədir – biz dostluğumuzla, Azərbaycan xalqı ilə tarixi dostluğumuzu dəyərləndiririk. Elə bu yanaşma Rusiyaya (Dağlıq Qarabağda nizamlanmada) tərəfsiz vasitəçi rolunu oynamağa imkan verdi”, – deyə prezidentin mətbuat katibi əlavə edib.

Peskov hesab edir ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağdakı münaqişənin həlli üçün bir neçə il öncə qan tökülməsinin qarşısını alacaq formullar təklif etdi.

“Bu formullar var idi, beynəlxalq danışıqlar prosesinin iştirakçıları tərəfindən yaxşı tanınıb, ancaq təəssüf ki, bu, ya da başqa səbəbdən işləmədi. Əgər tətbiq olunsaydı, hətta iki il öncə olsaydı, çox güman ki insan itkisindən qaçmaq olardı”, – deyə Peskov bildirib.

Peskovdan Rusiyanın vurulmuş helikopteri ilə bağlı açıqlama

“Vurulan helikopterlə bağlı Bakının dərhal reaksiyası Moskvanın bu üzrü qəbul etməsinə imkan verdi”.

TASS-ın məlumatına görə, bununla bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, bu hadisəni fəlakət adlandıraraq, iki hərbçinin ölümünün hər kəs üçün çox ağrılı olduğunu vurğulayıb.

“Azərbaycanlıların, Azərbaycan Prezidentinin ani reaksiyası və şərtləri qərəzsiz araşdırmağa, cavabdehləri cəzalandırmağa hazır olduğunu elan etməsi bu üzrün qəbuluna imkan verdi”, – deyə Peskov izah edib.

Qeyd edək ki, Rusiyanın Mi-24 helikopteri noyabrın 9-da Ermənistanla Azərbaycan sərhədi yaxınlığında vurulub. Hadisə nəticəsində iki heyət üzvü ölüb, biri yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi helikopterin respublika Silahlı Qüvvələri tərəfindən səhvən vurulduğunu etiraf edib və Bakının Moskvaya təzminat ödəməyə hazır olduğunu bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın