Aktyor Emil Musayevin sosial şəbəkələrdə Qusar rayonunda polis əməkdaşları tərəfindən cərimələnməsi ilə bağlı iddiaları Qusar Rayon Polis Şöbəsində (RPŞ) araşdırılıb. Məlum olub ki, E.Musayev qapalı məkanda tibbi maskadan istifadə etmədiyi üçün cərimələnib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Report”un Şimal bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba Regional Qrupundan məlumat verilib.

Bildirilib ki, E.Musayev mayın 7-də Qusar rayonu ərazisindəki qapalı məkanlardan birində tibbi maskadan istifadə etmədiyinə görə polis əməkdaşları ona yaxınlaşaraq xüsusi karantin rejimi qaydalarını izah ediblər və tibbi maskadan istifadənin önəmli olduğunu aktyorun diqqətə çatdırıblar. Daha sonra əldə olunan məlumatlar Qusar RPŞ-nə göndərilib və mayın 8-də həmin şəxs İnzibati Xətalar Məcəlləsinin uyğun maddəsinə görə 200 AZN cərimə olunub.

Məlumatda qeyd olunub ki, E.Musayevin həmin zaman polis əməkdaşları tərəfindən ətrafda olan başqa sakinə güzəşt edilməsi ilə bağlı iddiaları isə əsassızdır və yalandır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın