Gündə ən çox 4-5 narıngi yemək olar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı rusiyalı dietoloq və qidalanma mütəxəssisi Nadejda Tsapkina xəbərdarlıq edib. Onun sözlərinə görə, bu meyvələrin gündəlik qəbulu 40 qramdan çox olmamalıdır.

“Narınginin həddindən artıq istehlakı qaraciyərdə problem yarada bilər. Bundan başqa, mümkün allergik reaksiyanı da unutmamalıyıq. Qastritli insanlar da diqqətli olmalıdırlar, çünki naringilər bağırsaqların və mədənin selikli qişasını qıcıqlandıra bilər”, – deyə həkim vurğulayıb.

Tsapkina eyni zamanda qeyd edib ki, narıngilər kalsium, maqnezium, kalium, “D”, “K” və “B” vitaminlərinin mənbəyidir. Onun sözlərinə görə, bu meyvələrin tərkibindəki lif mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırmağa kömək edir, “C” vitamini isə immun sistemini gücləndirir (bu da koronavirus pandemiyası dövründə özəlliklə önəmlidir).

“Bu sitrus meyvəsi fitonsidlər və efir yağları ilə kompleks şəkildə viruslarla mübarizə aparmağa kömək edir. Tərkibində bioflavonoidlərin və antioksidant beta-karotinin olması isə xərçəngin əmələ gəlməsinin qarşısını alır”, – deyə həkim sözlərini yekunlaşdırıb.

MƏNBƏMoskva24
Öncəki xəbərMoskvada Ermənistan təmsilçiləri ilə görüşən Fərhad Bədəlbəyli: Ümidim biznesədir
Sonrakı xəbərMüdafiə Nazirliyinin əmriylə Ukraynada qadınlar hərbi qeydiyyata alınacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın