İşğal edilmiş torpaqlarını terroristlərdən almağa çalışan Azərbaycan xalqının qarşısında bir dövlət yox, terror qurumlarının yaratdığı, birbaşa mülki vətəndaşları hədəf alan və hər dəfə atəşkəsi pozan terrorçu ordusu var.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytının məlumatına görə, bununla bağlı Dünya Azərbaycanlıları Konqresi (DAK) rəhbəri Asif Qurban “Sabah”a açıqlamasında bildirib.

O qeyd edib ki, Ermənistanın belə davranışı, xain hücumları Azərbaycan xalqını təəccübləndirmir:

“Ermənistan 1905-ci ildə də oxşar hücumlarla xalqımıza qarşı soyqırım törətdi. İndi də eyni xarakterini göstərir. Ermənistanın arzusu bölgəni atəşə tutmaq, mülki sakinlərimizi raketlərlə vurmaq və Azərbaycanın Ermənistandakı mülki hədəfləri vurmasına nail olmaqdır. Ancaq Azərbaycan tarixində mülki insanları vurmaq, ya da onlara hücum etmək olmayıb, olmayacaq da”.

A.Qurban əlavə edib ki, Azərbaycan müharibə yox, işğal altındakı torpaqlarını istəyir: “Biz bizə aid olanı istəyirik”.

Öncəki xəbərAzərbaycan və Bakı üzrə Koronavirus (COVID-19) infeksiyasının yayılması açıqlandı
Sonrakı xəbərLeyla Abdullayeva Azərbaycanlı diplomatlara qarşı terror çağırışlarının yayılmasına münasibət bildirdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın