Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 44 günlük Vətən müharibəsinə qədərki dövrdə hərbi əməliyyatlarda, habelə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar yaralanaraq əlilliyi müəyyən olunmuş 62 nəfər şəxsin də yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təminatına başlayıb.

Onlar Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində həmin protezlərlə təmin edilir.

Təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə addımlamağa, müxtəlif məkanlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.

Qeyd edək ki, Nazirlik tərəfindən eyni zamanda Vətən müharibəsi iştirakçılarının son nəsil protezlərlə təminatı prosesi davam edir. Artıq 185 nəfər Vətən müharibəsi iştirakçısı 193 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın