Azərbaycanın işğal olunmuş Ağdərə yaşayış məntəqəsində yerləşən hərbi bölmədə qulluq edən Ermənistan ordusunun hərbi qulluqçuları Henrik Qazaryan və Atabek Mkrtçyan düçar olduqları təhqirlərə dözməyərək, xidmət yerlərindən qaçıblar.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Report-a qaynaqlanaraq bildirir ki, hərbi bölmə komandiri olayın ictimaiyyətdən gizlədilməsi üçün dərhal bu əsgərlərin və onların valideynlərinin saxlanılaraq hərbi bölməyə gətirilməsinə göstəriş verib.

Alınan məlumata görə, özbaşınalıq edərək xidmət yerindən qaçan və tutularaq zorla xidmət yerinə gətirilən hərbi qulluqçuların valideynləri də hərbi bölməyə çağırılıblar.

Komandanlıq hərbi bölmədə baş verənlərlə bağlı valideynlərin şikayət etməyəcəyi halda, əsgərlərə cinayət işinin açılmayacağına razılıq verib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın