Məşhur aktyor Conni Depp (Johnny Depp) keçmiş həyat yoldaşı Ember Hördlə (Amber Heard) qalmaqallı şəkildə boşandıqdan sonra ilk iş təklifini alıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Conni Depp Amberin şiddət iddialarının ardından ilk dəfə böyük ekrana qayıtmağa hazırlaşır. “Variety”in məlumatına görə, Conni Depp fransız kinorejissor Mayvennin tarixi filmində rol alacaq. Aktyor 58 il hakimiyyətdə olan tarixi dramda Fransız kralı XV Lüdoviqi canlandıracaq.

Bildirilir ki, çəkilişlər bu ilin yayında Parisdə, Versal sarayında aparılacaq. Ekran işində Mayvenn də rol alacaq. O, XV Lüdovikin məşuqəsi qrafinya Janna Dyubarrini canlandıracaq.

Yada salaq ki, haqqında çıxan iddiaların ardından Depp bir neçə təklifdən imtina etməli olub. Daha sonra heç bir layihəyə çağırılmayan aktyor Hollivudda onu boykot etdiklərini bildirib.

Öncəki xəbərAzərbaycan Ordusunun Komando hərbi bölməsində təlim məşqləri keçirilib
Sonrakı xəbərASALA-nın təhdidini gözardı etmək olmaz: Bakı və Ankara hərəkətə keçməlidir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın