Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Co Bayden (Joe Biden) yenə çıxışı zamanı biabır olub.

Bununla bağlı YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı xəbər verib.

Məlumata görə, koronavirusla (COVID-19) mübarizəyə və vaksinasiyaya həsr olunan çıxışında o, bu ilin yanvarından bu yana “15 ay boyunca” koronavirusa yoluxanların sayının kəskin azaldığını deyib.

“Yanvarın 20-dən bu yana, yəni 15 ay boyunca gündəlik yoluxmaların sayı 184 mindən 19 minə düşüb”, – deyə o bildirib.

Joe Biden Says January Was 15 Months Ago

Ağ Ev çıxışın mətnini düzəlişlə paylaşıb və “15” rəqəmi yerinə “5” yazıb.

Yada salaq ki, haradasa 10 gün öncə ABŞ prezidenti canlı çıxışı zamanı vərəqləri qarışıq salmışdı, nəticədə onun nitqi rabitəsiz və kəsik-kəsik olmuşdu.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın