ABŞ Prezidenti Co Bayden keçmiş dövlət başçıları Barak Obama ilə Donald Trampı qarışıq salıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, sözügedən hadisə C-SRAN telekanalında Baydenin Pensilvaniya ştatında çıxışı yayımlanan zaman baş verib.

Bayden deyib ki, 2009-cu ildə Tramp ona avtomobil sənayesindəki böhranının öhdəsindən gəlməsini tapşırıb.

Sonra ABŞ başçısı səhv elədiyini anlayıb və “prezident Obama idi” deyərək səhvini düzəldib.

Bayden özü Barak Obamanın prezidentliyi dövründə, 2009-2017-ci illərdə vitse-prezident idi.

Qeyd edək ki, son ABŞ prezidenti bu cür çıxışları ilə məşhurdur. Belə ki, o, Rusiya ilə işbirliyindən danışanda Liviya və Suriyanı qarışdırıb. Bu ilin aprelində Rusiya Prezidenti Vladimir Putinin soyadını səhv deyib. Konqresə müraciəti zamanı “eskalasiya” ilə “peyvənd”i bir neçə dəfə səhv salıb.  

Öncəki xəbərABŞ prezidenti Bayden Rusiyanı 2022-ci il Konqres seçkilərinə müdaxilədə günahlandırdı
Sonrakı xəbərTokio-2020: Azərbaycanın 26 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın