Dünyanın ən böyük hedcinq fondu “Bridgewater Associates”in təsisçi CEO-su Rey Dalio rəqəmsal yuanın “Bitcoin”ə rəqib ola biləcəyini düşünür.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “A Haber” məlumat yayıb.

Rey Dalionun sözlərinə görə, Çinin ölkədaxili testlərə başladığı rəqəmsal yuan qlobal miqyasda yeni ehtiyat valyuta olma potensialına sahibdir.

Çinin rəqəmsal pul məsələsində ABŞ-ı qabaqladığını bildirən Dalio deyib ki, çıxarılacaq pul beynəlxalq səviyyədə qəbul ediləcəyi halda önəmli qələbə gətirəcək.

Çin rəqəmsal yuanın 2022 Qış Olimpiya Oyunlarına qədər təqdim edilməsini hədəfləyir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın