Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin Birinci Qarabağ müharibəsi ilə bağlı açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Belə ki, Ç.Abdullayevin həmin çıxışında Birinci Qarabağ müharibəsinin olmadığını, bunun yalan olduğunu söylədiyi iddia edilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən xalq yazıçısı Çingiz Abdullayev fikirlərinin təhrif olunduğunu bildirib:

“Qoy tənqid eləsinlər. Mən elə deməmişəm. Demişəm ki, ermənilər sovet qoşunlarını pulla alaraq bizim torpaqlarımızı işğal ediblər. Mənim qardaşım da həlak olub. Bir daha deyirəm, 90-cı illərdə biz torpaqlarımızı ona görə itirirdik ki, bu, normal müharibə deyildi. Bizim ordumuz qurulmamışdı. Qonşularımız qarmaqarışıqlıqdan və daxili çəkişmələrdən istifadə edirdilər. Buna görə də mən birinci, ikinci deyilən bölgüyə qarşıyam. O birinci dediyimiz xalqımızın başına gətirilən faciə idi. Keçən ilki isə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız müharibə idi. İndi bu dediyim fikirlərdən istifadə edəcəklər?”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın