Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev: Azərbaycan yazıçılarına göstərdiyi dəstəyə görə prezidentimizə minnətdaram. Azərbaycan respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya mədəniyyətimizin təşviqinə verdiyi töhfələrə görə təşəkkür edirəm.

Konyak kimi min illiyi olan bir şəhərdə böyük şairəmiz Məhsəti Gəncəvinin Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmış abidəsini görmək yalnız qurur, fəxr hissi oyadır.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Penklubun prezidenti, bütün dünyada detektiv əsərləri ilə tanınan Xalq yazıçısı Çingiz Abdullayev söyləyib.

O, vurğulayıb ki, 32 dildə 30 milyon nüsxə kitabı nəşr olunub: “Əsərlərim əsasında 10 film çəkilib. 201 kitab yazmışam. Ancaq Jorj Simenon 300 kitab yazıb”.

Azərbaycanda Ən Çox Satılan Kitabların Siyahısı

Yazıçı qeyd edib ki, Türkiyədə beynəlxalq detektiv əsərlər sərgisində əsərləri sərgilənib.

Onu da deyək ki, Den Braun, Jon Lö Karre, Jorj Simenon, Kanan Doyl, Edqard Po, Reymond Çandler, Umberto Eko kimi 12 ən yaxşı detektiv yazıçıdan on ikincisi Ç.Abdullayevin adıdır.

Bu günə qədər Abdullayev dünyanın bir çox yerlərində əsərlər çap etdirərək, məhsuldar bir yazıçıya çevrilib: MDB ölkələrində, Baltikyanı, ABŞ-da, Fransada, Norveçdə, Türkiyədə, İsraildə, Bolqarıstanda və Rumıniyada. “Dronqo” silsiləsi özündə 100-dən çox kitabı birləşdirir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın