Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Çin Prezidenti Si Cinpin arasında keçirilən danışıqlar təxminən dörd saatdan sonra başa çatıb.

YALAN.info bildirir ki, danışıqlardan sonra dövlət başçıları iki birgə bəyanat imzalayıblar.

Anlaşmalardan biri – Rusiya ilə Çin arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın dərinləşdirilməsi, digəri isə 2030-cu ilə qədər əsas sahələrdə Rusiya-Çin iqtisadi əməkdaşlığının inkişafı planı haqqında olub. Çin prezidentinin Rusiyaya səfəri nəticəsində Moskva ilə Pekin arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair toplamda ondan çox sənəd imzalanıb.

Si-Cinpinin Rusiyaya səfəri ölkə iqtisadiyyatına baha başa gəldi

Çinin aparıcı şirkətlərinin səhmləri və birja indeksləri ölkə rəhbəri Si Cinpinin Rusiyaya səfəri fonunda kəskin ucuzlaşıb. Bunu “Hang Seng Index”, eləcə də “Hang Seng TECH Index” (Honq Konq Fond Birjasının fond indeksləri və Çin texnologiya şirkətlərinin səhmləri) üzrə məlumatlar sübut edir.

Eniş iqtisadiyyatın demək olar ki, bütün sahələrinə təsir edib. Ən çox alkoqollu içkilərin satışı, turizm, əczaçılıq, hava nəqliyyatı və telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərin səhmləri ucuzlaşıb – uyğun olaraq 4,77, 3,59, 3,71, 2,93 və 2,91 faiz. Neft-qaz məhsulları və banklar üzrə azalma isə uyğun olaraq 1,93 və 1,68 faiz təşkil edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın